İtaliyada son gündə koronavirusdan 500-ə yaxın insan öldü

İtaliyada son gün ərzində koronavirusdan ölüm hallarının kəskin artımı qeydə alınıb.
 
Bu barədə ölkənin Mülki Müdafiə xidmətinin başçısı Ancello Borelli bildirib.
 
O, qeyd edib ki, gün ərzində koronavirus qurbanların sayı 475-ə, ümumilikdə isə 2 978-ə qədər artıb. Ölkədə xəstələr kimi həmçinin sağalanların da sayı artıb.
 
"Bu gün 1 084 insan sağalıb, onların sayı 4 025 nəfərə çatıb", - deyə o, keçirdiyi brifinqdə deyib.
 
"Bildirməliyəm: biz daha 475 ölüm hadisəsini qeydə aldıq", - Borrelli qeyd edib.
 
Beləliklə, İtaliyada COVİD-19 qurbanlarının sayı 2 978 nəfərə çatıb. Ən böyük artım Lombardiyada qeydə alınıb - burada 319 nəfər koronavirusun qurbanı olub.
 
Onun sözlərinə görə, ölənlər və sağalanlar da daxil olmaqla, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 35,7 min nəfəri ötüb. 
 
2020-03-19 / 00:25
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.874
Facebook