Ümumdünya Səhiyyə Təşkilatı: “77776 nəfər koronavirusdan sağalıb”

157 ölkədə koronavirusa yoluxma halı qeyd edilib.

Bu barədə Ümimdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Ümumilikdə, virusa yoluxanların sayının 169894, bu virusdan ölənlərin sayının isə 6523 nəfər olduğu bildirilir.

Koronavirusa yeni yoluxanlar isə 192 nəfərdir.

Təşkilatdan bildirilir ki, koronavirusdan ümumilikdə 77776 nəfər sağalıb. Bunların 1600 nəfəri yeni sağalanlardır.

2020-03-16 / 12:11
Facebook