“Formula 1” üzrə Azərbaycan Qran Prisi təxirə salına bilər

Olimpiya İdman Komplekslərinin fəaliyyəti dayandırılıb.

 Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaqdır.

Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğulardır. Müxtəlif əhali qrupları, o cümlədən idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. 

Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turniri, karate üzrə böyüklər arasında Avropa çempionatı və “Formula 1” Azərbaycan Qran Prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Məlumat üçün bildiririk ki, futbol istisna olmaqla, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

2020-03-13 / 19:14
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.874
Facebook