Azərbaycanda koronavirusa yoluxan 19 nəfərdən üçü sağalıb - TƏBİB

Hazırda Azərbaycanda 19 koronavirusa yoluxma ilə qeydə alınmış xəstə var.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) keçirilən mətbuat konfansında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.

ÜST-ün Azərbaycana səfər edən missiya rəhbəri Karolina Braun Azərbaycana koronavirusa yoluxma hallarının erkən aşkarlanmasını tövsiyə etdiklərini bildirib.

2020-03-13 / 17:33
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook