Tələbənin koronavirusdan ölməsi barədə şayiə yayan AzTU tələbələrinə xəbərdarlıq edildi

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.

Bu barədə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:

“Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda, təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək”.

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin üçüncü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.

Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.

2020-03-13 / 16:58
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook