Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA

 

“Ötən gün COVİD-19-dan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib”.

Bunu ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova koronavirusdan (COVİD-19) ölən xəstənin Universitetdə dünyasını dəyişməsi və iki rezidentə bu virusu yoluxdurması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu:

“Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və Urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb”.

G.Aslanova bildirib ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar yanlışdır. 

Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstənin ölməsi və daha iki rezidenti yoluxdurması, eyni zamanda klinikanın bağlanılması ilə bağlı məlumat yayılıb. 

2020-03-13 / 13:56
Facebook