Neftin qiyməti və fond birjasının indeksləri azaldı

 

“Qara qızılı”ın qiymətinin ucuzlaşması fonunda fond birjasında da hərraclar əsas indekslərin azalması ilə başa çatıb.

“Brent” markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 21% azalaraq 35,22 ABŞ dollar/barelə düşüb.

WTI (West Texas Intermediate) markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti isə bir barelə görə 21% azalaraq 32,01 ABŞ dolları təşkil edib.

ABŞ fond birjasında hərraclar mart ayının birinci hissəsində indekslərin azalması ilə başa çatıb.

Amerikanın sənaye indeksi “Dow Jones” 1 245 bənd və ya 4,84 faiz azalaraq 24 535 bəndə düşüb.

“S&P 500” indeksi 145 bənd və ya 4,90 faiz azalaraq 2970,522 bəndə, NASDAQ elektron birja indeksi 410 bənd və ya 4,82 faiz azalaraq 8093,25 bəndə düşüb.

2020-03-09 / 10:51
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.909
Facebook