İstanbulda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

 

 

İstanbulda Sabiha Gökçen Hava limanında eniş zolağından çıxaraq bir neçə hissəyə parçalanan sərnişin təyyarəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşı da olub.

Bildirlib ki, təyyarədə ümumilikdə 171 sərnişin və 6 ekipaj üzvü var imiş. Onlardan çoxu Türkiyə vətəndaşıdır.

Sərnişinlər arasında həmçinin dörd ABŞ, bir Azərbaycan, bir Türkmənistan və bir Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, yanvarın 5-də İzmir-İstanbul reysini həyata keçirən “Pegasus” şirkətinə aid sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən eniş zolağından çıxaraq parçalara ayrılıb. Hadisə nəticəsində 1 nəfər ölüb,139 nəfər xəsarət alıb.

2020-02-06 / 10:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8352
Facebook