Parlamentin komitə sədri: “Zənginliyinə və kasıblığına fərq qoyulmadan yas mərasimləri eyni səviyyədə olmalıdır”

 

“Yas mərasimləri ilə bağlı müzakirələr gedir”.

Bunu bu gün jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki formasını müəyyənləşdiriblər: “Bunun bir forması qanunla qarşısının sərt şəkildə alınması, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyinə və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli Qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ həllini tapıb, bəzi yerlərdə isə ifrata yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin”.

 
2019-11-27 / 15:07
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8883
Facebook