Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib - VİDEO

 

 

Firuzə Gülalıyeva həyat yoldaşı hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

F.Gülalıyeva İTV telekanalına müsahibəsi zamanı deyib ki, həyat yoldaşının müalicəsi Türkiyədə davam etdiriləcək:

"Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində, bizim istəyimizi nəzərə alınaraq Oqtay Gülalıyevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Xəstə bu gün artıq Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alıb Oqtay Güləliyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardımçı olmasına dəstək oldu".

Qeyd edək ki, avtomobil qəzası nəticəsində başından ciddi xəsarət alan Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək.

2019-11-06 / 14:37
Facebook