“Sülh çeşməsi” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb

 

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bununla da əməliyyat başlayan gündən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb.

2019-10-11 / 11:08
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8757
Facebook