Bu internat məzunu yüksək balla universitetə qəbul olub - Onu siz də tanıyın

 

2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb. 

Bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub. 

İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. 

O, 670.8 balla Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında ingilis dili qrupunda təhsil alır.

M.Əliyev təəssüratlarının saytımızla bölüşüb. O, 2002-ci ilin mart ayında sadə bir ailədə anadan olub:

“Ailəmiz dörd nəfərdən ibarətdir. Doqquzuncu sinifdə oxuyan bir bacım da var. İnternat tipli gimnaziyada təhsil və nəzarət güclü olduğu üçün ikimizi də valideynlərimiz bu məktəbə qoydu.

Mənim dərslərimlə atam və anam məşğul olurdu. Ailəm imtahanda yüksək bal yığacağıma inanırdı, çünki təhsil aldığım müddətdə müvəffəqiyyətlərim çox olmuşdu”.

Qeyd edək ki, internat məzunu bir çox bilik yarışlarında mükafata layiq görülüb. İngilis dili üzrə Bakıda keçirilən yarışlarda medal qazanıb. 

 

2019-09-27 / 13:33
Facebook