Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib

 

“Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası” və “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu” tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumu keçirilib.

Tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin tədbirdə ilk dəfə iştirak edən təşkilatlara minnətdarlığını bildirib.

Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda, tədbirdə ilk dəfə iştirak edən Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən “Strateji əməkdaş” statusu təqdim olunub.

Heydər Əliyev Fondu ilə “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu”nun prezidenti, “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası”nın Baş katibi Li Xikui ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri və 5-ci Xeyriyyəçilik Forumunun 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi məsələsi müzakirə olunub.

2019-09-24 / 14:58
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8757
Facebook