Aprel döyüşçüsü Mehriban Əliyevaya təşəkkür etdi

 


 

O, mediaya verdiyi açıqlamada bildirib ki, Mehriban xanım şəxsən qazinin problemiylə maraqlanıb, ona müvafiq qayğı göstərilməsi üçün tapşırıq verib.

“Bir neçə ay öncə hörmətli Mehriban xanım biz qazilərlə geniş görüş keçirdi. Orada şəxsən onun özü ilə söhbət edib problemlərimi diqqətinə çatdırmaq imkanım oldu. Mən ailənin tək oğluyam, peşəkar hərbçiyəm. Ali Hərbi Məktəbdə oxumuşam, baş leytenantam. Yaralanmışam, dizdən aşağı sol ayağımı itirmişəm. Mehriban xanım şəxsən məni dinlədi, problemlərimin həlli üçün tapşırıq verdi. Artıq protezlə təmin edilmişəm, mənzil təminatım üçün də işlər görülür. Ümid edirəm ki, cavabdeh məmurlar Mehriban xanımın tapşırığına uyğun olaraq mənzil problemimi də yaxın vaxtlarda həll edəcəklər”, - deyə Qarabağ qazisi bildirib.

Qeyd edək ki, hazırda Nicat Hüseynov doğulub boya-başa çatdığı Ağstafa rayonunda yaşayır. O, bir ayağını itirməsinə baxmayaraq yenə də Azərbaycan ordusu tərkibində düşmənlə üz-üzə gəlməyə hazır olduğunu bildirir.

“Biz, şəxsən mənim özüm cənab Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Düzdür, indi Azərbaycan ordusu yetərincə peşəkar və sağlam kadrlardan təşkil olunub. Amma bir təcrübəli döyüşçü kimi mənim də verə biləcəyim töhfələr var və ona görə də hər an döyüşə atılmağa hazıram”, - deyən Qarabağ qazisi bir an belə ruhdan düşmədiyini, dövlətə güvəndiyini qeyd edib.

2019-09-24 / 13:48
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8757
Facebook