Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir

 

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Səfir açıqlamasında deyib ki, həmin xəbərlər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın və Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.

2019-09-20 / 12:59
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8961
Facebook