Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı

 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən originalları "Altes Farm” şirkətinə məxsus olan və hamilə qadınların istifadəsi üçün nəzərdə tutulan dərmanların saxtasını satan Musayeva İradə İlham qızı saxlanılıb.
 
Faktı BAKU.WS-in bölgə müxbirinə "Altes Farm” şirkətindən təsdiq ediblər.
 
Belə ki, saxta dərmanlar ölkəyə Gürcüstan Respublikasından qaçaq yolla gətirlib və İradə Musayeva bu dərman vaistələrini daha ucuz qiymətə satırmış.
 
Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, qadın dərmanları Abbas Səhət adına 1 saylı Xəstəxanaya və Pernatal Mərkəzdə satışını  aparıb. Hazırda faktla bağlı araşdırma aparılır.
2019-09-19 / 12:32
Facebook