Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması heç kimdə şübhə doğurmasın

 

Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir.

Bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov facebook səhifəsində yazıb.

O qeyd edib: “Məlum aprel döyüşlərini yaradan igidlər. Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var. Bu cangavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə şübhə doğurmasın:

“Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək.
Eşq olsun Azərbaycan əsgərinə”.

2019-09-09 / 14:17
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8853
Facebook