Ermənistan ordusunun hərbi qulluqçusu yaralandı

 

Ermənistanın Tavuş vilayətində 27 yaşlı müqaviləli hərbi qullquçu yaralanıb. 

Dünən Ermənistan ordusunun Tavuş vilayətində yerləşən hərbi hissələrindən birinin döyüş mövqeyində təxribata cəhd edən erməni həbi qulluqçu yaralanıb. 

Məlumata görə, axşam, saat 23։50 radələrində təxribata cəhd edən O. Artak Camparak Tibb Mərkəzinə aparılıb. O, qarın nahiyəsindən yaralanıb. 

Fakt ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin 5-ci Qarnizon İstintaq Bölməsində cinayət işi açılıb.
2019-08-14 / 18:17
Facebook