BNA: Yağışlı hava şəraitinin nəqliyyatın hərəkətinə mənfi təsirinə qarşı tədbirlər görülüb

 

Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, səhər pik saatlarda metronun “Gənclik”, “20 Yanvar” və “Neftçilər” stansiyalarının ətrafı kimi nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.

 

2019-08-09 / 16:44
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8907
Facebook