APOEL “Qarabağ”a məğlub oldu, baş məşqçi ilə yollar ayrıldı

 

Kipr çempionu APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb.

Bu barədə Nikosiya klubunun rəsmi saytı məlumat yayıb.

49 yaşlı italiyalı baş məşqçi ilə yolların niyə ayrıldığı açıqlanmasa da, bunu bu həftə UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində APOEL-in öz meydanında “Qarabağ”a uduzması (1:2) ilə əlaqələndirmək olar.

Qeyd edək ki, P.Trametsani ötən ilin oktyabrından APOEL-i çalışdırırdı. O, bu komandanı 28-ci dəfə Kipr çempionu etmişdi.

2019-08-08 / 15:24
Facebook