Kipr ermənilərinin sərsəm bəyanatına XİN-dən reaksiya: “Qarabağ” onlara cavab verdi

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyunundan əvvəl bu ölkədə fəaliyyət göstərən Erməni Milli Komitəsi bəyanat yayıb.

Bəyanatda idmanın siyasətdən uzaq olduğu deyilsə də, Ağdam klubunun adını daşıdığı Qarabağın və Naxçıvan Muxtar Respublikasının etnik ermənilərin torpağı olduğu iddia edilib.

Bəyanatda guya 1988-ci ildə Sumqayıtda ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyü, əhalisinin 95%-ni ermənilərin təşkil etdiyi Qarabağa Azərbaycanın hərbi müdaxilə etdiyi, müharibə zamanı 350 türk zabitindən, çeçen və əfqan muzdlularından istifadə edildiyi kimi sərsəm açıqlamalar əks olunub.

Bəyanatda o da iddia olunur ki, qeyri-bərabər qarşıdurmaya baxmayaraq, müharibədən Qarabağ erməniləri qalib ayrılıb və 25 ildir dinc şəraitdə yaşayırlar.

Bu azmış kimi, dünən baş tutan oyun zamanı tribunada Ermənistan bayrağı asılıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlama verib:

“Qeyd etmək istərdim ki, biz idmanla siyasətin ayrı olduğunu dəfələrlə qeyd etmişik. Fikrimcə, Ağdamın “Qarabağ” klubu dünən öz oyunu ilə bütün deyilənlərin cavabını verdi”.

Qeyd edək ki, dünən “Qarabağ” Kipr çempionuna səfərdə 2:1 hesabı ilə qalib gəlib.

2019-08-07 / 16:52
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8876
Facebook