Azərbaycanda bayram namazı avqustun 12-də qılınacaq

 

Azərbaycanda avqustun 12-də bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq.

Bayram namazı avqustun 12-də 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.

2019-08-07 / 16:44
Facebook