DSX rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətini yoxlayıb

 

İyulun 29-30-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

2019-07-30 / 17:39
Facebook