Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı - 2 ölü, 6 yaralı

 

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlikn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.

Qəza M4 "Don" magsitralının 954-cü kilometrində baş verib.

2019-07-29 / 15:41
Facebook