Bakıda mikroavtobus yük maşını ilə toqquşdu: 6 yaralı

 

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sahil qəsəbəsi yaxınlığında mikroavtobus yük maşını ilə toqquşub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdır.

2019-07-29 / 11:49
Facebook