Azərbaycanlılar yanan maşından rusiyalını çıxardılar, avtomobil partladı - VİDEO

 

Azərbaycanlılar Qazaxıstanda xilaskarlıqları ilə gündəmə gəliblər.

Hadisə şahidlərinin məlumatına görə, balıq ovundan gələn dörd azərbaycanlı yol kənarında yanan maşın görüblər. Avtomobilin qapılarının bağlı olmasına baxmayaraq, onlar maşında olan

Rusiya vətəndaşını pəncərədən çıxararaq xilas ediblər.

Bir neçə dəqiqədən sonra isə avtomobil partlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Umud və Sabir Şirinov qardaşları Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas etmişdilər.

2019-07-24 / 13:46
Facebook