“Bakı 2019”: Azərbaycan gimnastları komanda yarışlarına liderlik edirlər

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə yarışları davam edir.

Kişi gimnastlar komanda yarışlarında güclərini sınayırlar. Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandasının iştirak etdiyi birinci qrupun yarışları başa çatıb. İslandiya, Kipr, Polşa, Avstriya və Belarusdan olan gimnastların mübarizə apardığı qrupda Azərbaycan idmançıları uğurla çıxış edərək birinci olublar.

Hazırda Azərbaycan millisi komanda hesabında birincidir.

Yarışın ikinci qrupunda Xorvatiya, İtaliya, Rumıniya, Litva, Macarıstan, Belçika, Serbiya, Bolqarıstan, Portuqaliya, Andorra, Latviya, Slovakiya, Fransa, İsveç, üçüncü qrupda isə Böyük Britaniya, Niderland, İspaniya, Norveç, Türkiyə, İsveçrə, Ukrayna, Almaniya, Finlandiya, Rusiya və Çexiya gimnastları mübarizə aparacaqlar.

Sonda üç qrupun nəticəsinə görə, qaliblər müəyyənləşəcək.

2019-07-23 / 15:01
Facebook