XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı

İyulun 21-də Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF Bakı 2019) start götürəcək. İyulun 27-dək davam edəcək festivalda Avropanın 48 ölkəsindən 3900-dək atlet idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yarışlarda 122 idmançı ilə təmsil olunacaq. İdmançılarımız atletika, güləş (hər birində 18 idmançı), cüdo (12 idmançı), üzgüçülük, velosiped idmanı (hər birində 6 idmançı), idman gimnastikası, tennis (hər birində 4 idmançı) üzrə yarışlarda medallar uğrunda mübarizə aparacaqlar. Oğlanlardan ibarət basketbol və voleybol millilərinin hər birində 12, həndbol üzrə oğlan və qızlardan ibarət yığma komandalarda isə 30 idmançı yer alıb.

“EYOF Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalında mübarizə aparacaq idmançıların siyahısı:

Cüdo – 12 nəfər: İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90 kq), Hüseyn Məmmədov (+90 kq), Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq).

Güləş – 18 nəfər:

Sərbəst güləş – 6 nəfər: Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq).

Yunan-Roma güləşi – 6 nəfər: Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq).

Qadın güləşi – 6 nəfər: Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq).

Atletika – 18 nəfər: Əli Abdiyev, Aydın Bədəlov, Aleksey Ələkbərov, Çingiz İsrafilov, Vahid Kərimov, Məmmədağa Məmmədov, Əlhəm Nağıyev, Yusif Nəzərov, Teymur Salahzadə, Günel Hüseynova, Ləman Hüseynova, Günel Manafova, Nika Məmmədova, Bibixanım Qəmbərova, Ayana Seyuşeva, Fəxriyyə Tağızadə, Lamiyə Vəliyeva, Sabrina Zralova.

İdman gimnastikası – 4 nəfər: Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov, Milana Minakovskaya.

Tennis – 4 nəfər: Tamerlan Əzizov, Kənan Qasımov, Polina Drobişeva, Alina Hüseynova.

Üzgüçülük – 6 nəfər: Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova, Məryəm Şeyxəlizadəxangah.

Velosiped idmanı – 6 nəfər: Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Sitova, Məleykə İskəndərova, Gülşən İsmayılova, Viktoriya Sidorenko.

Basketbol (oğlanlar) – 12 nəfər: Simar Bəkirov, Fikrət Ələkbərov, Ufuk Tan Ertan, Yiğit Eryörük, Azər Əzimov, Səid İsmayılov, Ziya Berkay Kel, Shabani Mahdi, Rüstəm Mürvətov, Georgi Purtsxvanidze, Berya Taşer, Ulaş Can Turqut.

Həndbol (oğlanlar) – 15 nəfər: Kamran Adıgözəlov, Sadiq Arixov, Röyal Əliyev, Elşən Həsənov, Ramil Hüseynov, Yunus İsayev, Ruslan İsmayılov, Məhərrəm Məmmədli, Raul Muradov, Amit Qanqvani, Elkin Quliyev, Rəhim Rəhimli, Malik Şəfiyev, Emil Sərxanov, Fəda Yusifov.

Həndbol (qızlar) – 15 nəfər: Günel Abdullayeva, Nigar Ağayeva, Elina Babayeva, Kamilə Bayramova, Mehparə Əliyeva, Emiliya Eyvazova, Leyla İbrahimova, Məryəm Məmmədxanova, Mariya Molyavskaya, Anastasiya Obuxova, Nigar Quliyeva, İnarə Rzayeva, Dinara Süleymanova, Aleksandra Teryayeva, Leyla Yahyayeva.

Voleybol (oğlanlar) – 12 nəfər: Amirmahdi Ablou, Emil Aşumov, Ruslan Əliyev, Emin Əmirxanlı, Roman Qurski, Uğur İbrahimov, Nazloo Farzin Cəfəri, Georgi Konstantinov, Mərdəan Məmmədova, İqor Nikulenko, Mirəşrəf Rzazadə, Mais Verizadə.

Festivalın açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa Kubokunun qalibi, eləcə də Afrika Kubokunun gümüş, Asiya Kubokunun bürünc mükafatçısıdır.

2019-07-21 / 09:50
Facebook