Azərbaycan zabiti Çin Hərbi Akademiyasını qızıl medal ilə bitirib

 

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Komanda-Qərargah Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Ordusunun zabiti mayor İftixar Cəfərov akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diplom və qızıl medal alıb. Akademiyanın Ali İmtahan Komissiyasının qərarı ilə ona “Hərb elmləri, hərbi idarəetmə ixtisası üzrə magistr” dərəcəsi verilib.
Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 67 ölkədən 165 xarici hərbi qulluqçu təhsil alıb. Akademiyanı bitirən məzunlar arasında qırmızı diplom və qızıl medal yalnız Azərbaycan Ordusunun zabiti mayor İ.Cəfərova verilib.

2019-07-19 / 17:48
Facebook