Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb

 

 

Özbəkistanın interpress.uz portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə dərc edib.

Məqalədə Ulu Öndərin hakimiyyətə gəlişindən sonrakı dönəm geniş işıqlandırılır.

Yazıda bildirilir ki, 1969-cu il iyulun 14-də dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycana rəhbər təyin edilib. Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra bütün sahələrdə islahatlara başlayıb, qısa müddətdə ölkəmiz keçmiş SSRİ məkanında irəlidə gedən respublikaya çevrilib. İqtisadi sahədə islahatlar, xalqın həyat səviyyəsinin yüksəldilməsi də məhz o illərə təsadüf edir.

Məqalədə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsi haqqında ətraflı söhbət açılır. Qeyd edilir ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar həcmində sərmayə qoyulub.

Materialda bildirilir ki, ulu öndər Heydər Əliyevin başladığı siyasi fəaliyyət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib, iqtisadiyyatı inkişaf edir.

2019-07-15 / 17:57
Facebook