Masallıda dəhşətli qəza: səkkiz nəfər öldü

 

 

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Verilən məlumata görə, yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada səkkiz nəfər ölüb, bir nəfər qadın isə müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə uşaq olub. Ölənlər Lerik sakinləridir.

Verilən məlumata görə, ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

2019-07-09 / 11:44
Facebook