Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev verib. 

Bu barədə H.Anatollu Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib. 

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

“Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”. 

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa QasımovaŞ Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

2019-07-08 / 13:30
Facebook