Sürücülərə xəbərdarlıq - Evakuatorlar maşınları bu küçələrdən aparacaq - SİYAHI

 

 

Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə Bakıda dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyə xidmətinə başlanılacaq.

Bu barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin 
olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları açıqlayıb:


“Bu ünvanlar vətəndaşlarıb  müraciəti və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir”.



şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər

S/s

Küçə/prospekt

Ərazi

1.     

M.Hadi küç.

Əhmədli m/st. ətrafı

2.     

Qara Qarayev pr.

8-ci km bazarının qarşısı

3.     

Qara Qarayev pr.

Neftçilər m/st. - Dakar meydanının ətrafı

4.     

B.Çobanzadə küç.

Şadlıq saraylarının qarşısı

5.     

Bakı Dairəvi yolu – Zaqulba şos.

Bilgəh kordioloji sanatoriyasının qarşısı

6.     

Şəhər şossesi(Sabunçu-Zabrat yolu)

Yerüstü piyada keçidinin yanı

7.     

Sakit Qocayev küçəsi

Bakıxanov TM-nin ətrafı

8.     

Heydər Əliyev pr.

Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)

9.     

Əli İsazadə küç. (Binə qəs.)

Mərkəz

10.          

Heydər Əliyev pr.

Koroğlu m/st. ətrafı

11.          

Xocalı pr.

Xətai m/st.qarşısı

12.          

Nobel pr.

ASAN Xidmətin qarşısı

13.          

Afiyəddin Cəlilov küç.

“Megafun”ın qarşısı

14.          

Neftçilər prospekti

Prospekt boyu

15.          

28 May küç.

23 nömrəli məktəbin qarşısı

16.          

Dilarə Əliyeva küç.

ADNSU-nin yanı

17.          

Xəqani küç.

Küçə boyu

18.          

Nizami küç.

Küçə boyu

19.          

K.Kazımzadə küç.

Zooparkın qarşısı

20.          

F.X.Xoyski pr.

Gənclik Mall-un qarşısı

21.          

Ağa Nemətulla küç.

Nərimanov Rayon Məhkəməsinin qarşısı

22.          

Təbriz küç.

Metropark TM. və Nərimanov metro stansiyasının qarşısı

23.          

M.K.Atatürk pr.

Ayna Sultanova heykəlinin yanı

24.          

Ak.H.Əliyev küç.

Asan xidmətin qarşısı

25.          

Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç.

20 Yanvar m/st ətrafı

26.          

Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri

3-cü mkr. dairəsinin ətrafı

27.          

Alı Mustafayev küç.

3-cü mkr. bazarının qarşısı

28.          

Cavadxan küç., Hüseynbala Əliyev küç.

Memar Əcəmi m/st. ətrafı

29.          

Rəşid İsmayilov küçəsində

Biləcəri dairəsi

30.          

Moskva pr.

“Şamaxinka” adlanan ərazi

31.          

H.Zərdabi pr.

Topçubaşov adına xəstəxananın qarşısı

32.          

A.Salamzadə küç.

Yasamal Rayon Polis İdarəsinin yanı

33.          

A.M.Şərifzadə küç.

İnşaatçılar m/st. ətrafı və ASAN xidməti

34.          

Əsəd Əhmədov küçəsi

Bizim marketin qarşısı

35.          

Hüseyn Cavid pr.

Elmlər Akademiyası m/st. ətrafı

36.          

Abdulla Şaiq küç.

Statistika dairəsi

37.          

C.Cabbarlı küç.

"Caspian Plaza"-nın qarşısı

38.          

Süleyman Rəhimov küçəsi

Bakı Slavyan Universiteti

39.          

Süleyman Rüstəm küçəsi

Süleyman Rəhimov küçəsi ilə kəsişməsi

40.          

Ş.Bədəlbəyli küç.

Azadlıq pr. ilə kəsişmə

41.          

S.S.Axundov küç.

Azadlıq m/st. ətrafı

42.          

Əcəmi Naxçıvani küçəsi

Küçə boyu

2019-06-28 / 12:48
Facebook