Azərbaycanlı zabit Rusiyada qızıl medal alıb

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib. 

Cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar. 

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib
 
 
2019-06-27 / 12:55
Facebook