Salyanda polis əməkdaşı özünü körpüdən çaya atan qadını xilas etdi

 

 

Bu gün səhər saat 08:30 radələrində Salyanda 39 yaşlı qadın intihara cəhd edib.

Verilən məlumata görə, dörd uşaq anası olan Yenikənd kənd sakini Fəridə Cəfər qızı Tağıyeva özünü Ələt-Astara avtomobil yolunun 55-ci km-də yerləşən Kür çayının üzərindəki körpüdən suya ataraq intihara cəhd edib.

100 metr hündürlükdən çaya düşən qadını görən, yaxınlıqda xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı, 24 yaşlı Rafael Rafiq oğlu Quliyev vaxt itirmədən çaya tullanaraq qadını xilas edib.

polis serjantı Rafael Quliyev

Suda batmaqda olan, çayın axınının 300 metr özü ilə apardığı qadını sahilə çıxarmaqda ona mühafizə polisinin əməkdaşları - pols serjantları Ruhil Kərimov, Xəyyam Qədirov və yaxınlıqdakı yanacaqdoldurma stansiyasında işləyən Tural adlı gənc kömək ediblər.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin qənaətbəxş olduğu deyilir. Hələlik intihara cəhdin hansı səbəbdən baş verdiyi məlum deyil.

2019-06-24 / 17:10
Facebook