Sergey Lavrov Moskvada Tahir Salahovun sərgisində iştirak edib

 

 

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbirdə çıxış edən S.Lavrov sərginin Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” keçirilməsinə razılaşdığı üçün T.Salahova təşəkkür edib.

“Bu ideya Azərbyacan paytaxtı Bakıda yarandı. İstədik ki, Tahir Salahovun yaradıcılığı ilə moskvalılar da yaxından tanış olsunlar. Yaxşı ki, sərgi baş tutdu. Tahir Salahov bütün mükafatlara və adlara sahibdir. Mən sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər və yeni yaradıcılıq uğurları arzu edirəm”, - S.Lavrov deyib. 

T.Salahov jurnalistlərə açıqlamasında Bakıda keçirilən sərgisində Rusiyanın XİN başçısı S.Lovrovun iştirak etdiyini xatırladıb və onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini diqqətə çatdırıb: “Bakıda Sergey Lavrov mənim sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirmək istədiyini bildirdi. Mənim sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir məkandır. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlərin portiretləri nümayiş olunur. Biz gərək onları unutmayaq”.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova ilə yanaşı, Rusiyanın və Azərbaycanın ictimai-siyasi və mədəniyyət xadimləri də iştirak ediblər.

2019-06-21 / 16:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook