Bağlardan yığılan meyvələr hərbi hissələrə təhvil verilir

 

 

26 iyun Silahlı Qüvvələr  Günü ərəfəsində muxtar respublikanın nazirlik, idarə, müəssisə və təşkilatları tərəfindən  meyvə bağlarından yığılan məhsulun bir hissəsi  hərbi hissələrə təhvil verilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkilatçılığı ilə hərbi hissələrə göndərmək üçün meyvə bağlarından məhsul toplanılıb. Ümumilikdə 1 tondan artıq ərik, alma, alça Fövqəladə Hallar Nazirliyinin mülkü müdafiə alayına təhvil  verilib.

Babək rayonunda da İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən  rayondakı meyvə bağlarından, həyətyanı sahələrdən  ümumilikdə 5 ton  alma, ərik, gilənar, gilas və alça yığılaraq  Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib

Eyni zamanda Şərur rayonunda da idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən yığılan  25 ton alma, ərik,  alça, gilas, gilənar Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib.

Kəngərli rayonunda da  meyvə bağlarında toplanan 3,5 ton alma və ərik rayonda yerləşən hərbi hissəyə təhvil verilib.

Həmçinin Sədərək Rayon İcra Hakimiyyətinin kollektivi də rayon ərazisindəki meyvə bağlarından topladıqları 3.5 ton meyvəni rayon ərazisindəki hərbi hissəyə təhvil verib.

Culfa rayonunda da meyvə bağlarından toplanan  1 tondan artıq məhsul rayon ərazisindəki hərbi hissəyə təhvil verilib.

2019-06-21 / 12:45
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook