Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

 
 
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb.
Medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib. 

Bildirilib ki, “Dostluq” medalı Prezident İlham Əliyevə Bolqarıstan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub. 
2019-06-20 / 15:53
Facebook