Üç dünya çempionuna yeni vəzifə verildi

 

 

Azərbaycanda idmançıların qayğısına qalmaq, onlaranın hüquqlarını müdafiə etmək üçün yeni bir qurum yaradılıb.

Bu birliyin adı "İdmançılar İctimai Birliyidir". Rəhbəri məşhur karateçimiz, beşqat dünya çempionu Rafael Ağayevdir.

Bu qurumun vitse-prezidenti də məşhur simadır -  sərbəst güləş üzrə üçqat  dünya və Avropa çempionu Hacı Əliyev. Birliyin  Baş katibi isə yaxın keçmişdə uzun müddət boks yığmamızın sayılıb seçilən simalarından olmuş, gənclər arasında dünya çempionu titulunu qazanmış, hazırda isə əsas idman məmurlarının birinə çevrilən Fərhad Acalovdur.

Qeyd edək ki, bu təşkilatın təqdimatı Milli Olimpiya Komitəsində keçirildi.

2019-06-19 / 18:45
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook