Leyla Əliyevadan növbəti gözəl işə dəstək

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyada fəaliyyət göstərən Milli Antinarkotik Birliyinin (MAB) Azərbaycanda filialını açmaq istəyən xalq artisti Emin Ağalarova dəstək olub.

L.Əliyeva xalq artisti Emin Ağalarovun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransından Milli Antinarkotik Birliyininin rəsmi səhifəsini işarələyərək fotolar paylaşıb.

Qeyd edək ki, Emin Ağalarov mətbuat konfransında bu birliyin Azərbaycanda filialının açılmasını təklif edib və Azərbaycan dövlətinin bunu dəstəkləyəcəyini bildirib.

2019-05-31 / 19:08
Facebook