Rasim Balayev: “Babək”də xəsarət almışdım, ağrısı indi özünü göstərir

 

 

“Babək” filmində atdan yıxılmışdım. O vaxt hiss etmirdim, indi isə problemlər yaradır. Belimdə yırtıq var, əziyyət çəkirəm. Yaş özünü göstərir. 

Bu sözləri Xalq artisti Rasim Balayev “Xəzər” TV-də yayımlanan “X maqazin”ə səhhəti haqqında müsahibə verərkən dilə gətirib.

O, səkkiz kiloqram çəki atdığını dilə gətirib:

“İnsanlar var ki, yeməklərini vaxtında yeyir. Məndə isə fərqlidir. Bu da ziyanımadır. Mədəmdə problem yaranır. 84 kq idim, 76 oldum, səkkiz kiloqram arıqlamışam. Bir az şəkərim var. İştahsızlıq yaranır, insan qocaldıqca da yığılır. Şükür ki, qulluq edənim var.

Arzu edirəm ki, ölənədək kiminsə köməyinə ehtiyacım olmasın. Yəni özümü idarə edim. Heç kəs heç kimdən asılı olmasın. Ölüm haqdır, hamı bununla görüşməlidir”. 

2019-05-27 / 13:10
Facebook