Avropa Liqasının final oyunu ilə bağlı Bakıda əfsanəvi ingilis personajların paradı başlayıb

 

 

UEFA Avropa Liqasının final matçı ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihəyə start verib.

Mayın 20-dən başlayaraq final qarşılaşmasının keçirəcəyi günə qədər əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya Kraliçası II Elizabet, onun mühafizə dəstəsi, “Bitlz” rok qrupunun, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

Bu gün birincisi baş tutan parad “Port Baku Mall”dan başlayaraq Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı səmtində gəzintiyə çıxacağı sürpriz olduğu üçün ictimaiyyətə açıqlanmayıb.

Tanınmış ingilis qəhrəmanların personajlarının sonuncu dayanacağı mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.

2019-05-21 / 11:06
Facebook