Azərbaycanlı qazilər Ərdoğanla görüşdü

 

 

Qardaş Türkiyədə səfərdə olan Azərbaycan qaziləri, hərbi yönümlü QHT təmsilçiləri Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iftar mərasimində iştirak edib.

Samsun şəhərində düzənlənən iftar mərasimindən  sonra Azərbaycan təmsiçiləri R.T.Ərdoğana iki qardaş ölkənin prezidentlərinin portretini və digər hədiyyələri təqdim ediblər.  Görüşdə xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Azərbaycan qaziləri Atatürkün İstanbuldan Samsuna gəlişinin 100-cü ildönümü – 19 May gənclik və idman bayramında iştirak etmək üçün Türkiyənin Samsun şəhərinə səfər edib. Qazılər Türkiyə Prezidenti Administrasiyasının və Samsun Büyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlə qatılıb.

2019-05-20 / 12:41
Facebook