Göygöldə dəhşətli qəza: 8 nəfər həlak olub, 1 nəfər ağır yaralıdır

 

 

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən bildirilib ki, Göygöldə baş verən yol nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib.

"Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Daha bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır" - deyə məlumatda qeyd olunub.

Hələlik həlak olanların və xəsarət alanın adları açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.

"VAZ-2107"-nin sürücüsünün 1995-ci il təvəllüdlü Eldəniz Həsənov, "VAZ-2106"-nın sürücüsünün isə 1986-cı il təvəllüdlü Aslan Camalov olduğu müəyyən edilib. Sürücülərin hər ikisi Daşkəsən rayon sakinləridir.
2019-04-29 / 16:09
Facebook