10 milyonuncu Azərbaycan vətəndaşına doğum haqqında şəhadətnamə təqdim olunub

 

 

Aprelin 6-da dünyaya gələn 10 milyonuncu Azərbaycan vətəndaşı Mehriban Həsənovaya bu gün doğum haqqında şəhadətnamə təqdim olunub.

Şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayonunun qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.

Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.

2019-04-10 / 18:37
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook