Bakı metrosunda törədilən terror aktından 25 il ötür

 

1994-cü il mart ayının 19-da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış törədilib.

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

İstintaq zamanı müəyyən edilib ki, terrorçular Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqədə olublar və hazırlığı bu ölkədə keçiblər.

Partlayışda ölənlər arasında xalq artisti Rafiq Babayev də olub.

2019-03-19 / 10:18
Facebook