Kür çayının üzərindən keçən körpünün təmirdən sonra açılışı olub - VİDEO

 

 

Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi olub. 

25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətnin sədri Saleh Məmmədov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır.

2019-03-16 / 11:05
Facebook