İrəvanda etirazçılar döyüldü, saxlanılanlar var

 

 

İrəvanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.

“Qafqazinfo”nun “news.am” saytına istinadən məlumatına görə, hökumətin qərarından narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.

Ölkədə “məxməri inqilab”dan sonra baş tutan ilk toqquşmada etirazçılar İrəvan meri Ayk Marutyanla görüş tələb edirlər.

***

“Sputnik Ermənistan” xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib.

***

Kafenin sökülməsi prosesi dayandırılıb. Müəssisənin əməkdaşları Azadlıq Meydanına toplaşıblar.

 

2019-03-14 / 14:36
Facebook