Hadı Rəcəbli: Prezident tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılsın

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bunların hər biri Azərbaycan əhalisinin güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Komitə sədrinin sözlərinə görə, minimum əməkhaqqının, pensiyaların və tələbələrin təqaüdlərinin, Qarabağ əlillərinə verilən müavinətlərin artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir:

“Prezident İlham Əliyev bildirib ki, bu addımlar davamlı olacaq. Dövlət başçısı tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

H.Rəcəbli qeyd edib ki, bu gün çox eybəcər "elektron müharibə" gedir, eybəcər addımlar atılır, lakin bütün bunlar Prezident İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir: "Cəmiyyət də bütün imkanlardan istifadə edib sabitliyi qorumalıdır, bunun üçün Prezidentin ətrafında daha sıx birləşməlidir".

2019-03-12 / 12:06
Facebook