Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır

 

 

Litva Prezidenti Dalya Qribauskayte Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin etimadnaməsini qəbul edib.

Verilən məlumata görə, görüşdə Litva və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri, tələbə mübadiləsi, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

D.Qribauskayte bildirib ki, Azərbaycan Avropanın mühüm tərəfdaşıdır və hazırda danışıqların aparıldığı Aİ ilə yeni saziş qarşılıqlı dialoqun gələcəkdə genişləndirilməsinə kömək edəcək.

Prezident qeyd edib ki, ölkəsi Azərbaycanla daha sıx iqtisadi münasibətlərin inkişaf etdirilməsinə hazırdır: "Ticarət, İT, turizm, qida sənayesi, nəqliyyat, logistika və bir çox digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük imkanlar var".

2019-01-17 / 11:16
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9126
Facebook